AZ    EN
logo

Üzümün istehsalı və emalı haqqında

17.12.2009

Ölkədə son illər üzümçülüyün inkişafına diqqətin artırılması və ilbəil üzüm istehsalının artması onun emalı imkanlarını da genişləndirir. 2009-cu il dekabrın 1-nə kimi üzüm bağlarından 123.3 min ton və ya keçən ilin müvafiq dövründəkindən 14.4 min ton çox məhsul toplanmışdır. Azərbaycan Respublikası Prezidentinin "Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2005-ci il 30 avqust tarixli Fərmanının icrası ilə əlaqədar cari ildə 31.3 min ton, o cümlədən İmişli rayonunda 6.0 min ton, Kürdəmirdə 4.5 min ton, Xaçmazda 3.4 min ton, Naxçıvan Muxtar Respublikasında 3.2 min ton, Gəncə şəhərində 2.9 min ton, Göyçay rayonunda 2.8 min ton, Göygöldə 1.9 min ton, Bakı şəhərinin Nərimanov rayonunda 1.5 min ton, Şəmkirdə 1.6 min ton, İsmayıllıda 1.2 min ton, Tovuzda 900 ton, Abşeronda 719 ton və Ağstafa rayonunda 430 ton üzüm sənaye emalına verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim