AZ    EN
logo

2009-cu ilin yanvar-noyabr aylarında istehlak bazarı haqqında

10.12.2009

2009-cu ilin yanvar-noyabr aylarında ticarət şəbəkəsindən əhaliyə 10,5 milyard manatlıq və ya 2008-ci ilin eyni dövründəkindən 8,6 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Bu malların 6,8 milyard manatını ərzaq, 3,7 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş, onların həcmi müvafiq olaraq 10,5 və 4,5 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,7 faizi hüquqi şəxslərin, 42,8 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 41,5 faizi isə mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşmışdır. 2009-cu ilin on bir ayı ərzində əhaliyə 3,6 milyard manatlıq və ya 12,3 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 80,0 faizi hüquqi, 20,0 faizi fiziki şəxslərin payına düşmüş və keçən ilin 11 ayı ilə müqayisədə onların həcmi müvafiq olaraq 12,5 və 11,5 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim