AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

07.12.2009

2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası ticarət sahəsində 136 ölkə ilə əməkdaşlıq edərək 16.5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 11.5 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5.0 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 6.5 milyard dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 53.0 faizi Avropa, 32.7 faizi Asiya, 13.1 faizi Amerika, 1.1 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 18.6 faizi İtaliya, 9.5 faizi Amerika Birləşmiş Ştatları, 9.2 faizi Rusiya Federasiyası, 6.8 faizi Fransa, 5.5 faizi İsrail, 4.9 faizi Türkiyə, 4.2 faizi Tayvan (Çinin əyaləti), 3.3 faizi Almaniya, 2.9 faizi Çin, 2.9 faizi Ukrayna, 2.7 faizi Kanada, 2.6 faizi İndoneziya, 2.6 faizi Böyük Britaniya, 2.6 faizi Malayziya, 2.3 faizi Gürcüstan, qalan 19.4 faizi digər dövlətlərlə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim