AZ    EN
logo

2009-cu ilin yanvar-oktyabr aylarında sənayenin inkişafı haqqında

13.11.2009

Ölkədə istehsal olunmuş ümumi daxili məhsulda 49.9 faizlik paya malik sənaye sahəsində təsərrüfat subyektləri tərəfindən 17.7 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7.4 faiz çox məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Əsas sənaye məhsulları olan xam neftin hasilatı 12.1 faiz artaraq 42.3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 2.8 faiz artaraq 13.5 milyard kub metr olmuşdur. Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92.7 faizi sənaye mallarının (əmtəələrin), 7.3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sənaye fəaliyyətinin 75.0 faizi mədənçıxarma, 19.7 faizi emal, 5.3 faizi isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində həyata keçirilmişdir. İstehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı, noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 235.2 milyon manatlıq və ya əvvəlki ayla müqayisədə 7.0 milyon manat çox hazır məhsul ehtiyatı olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim