AZ    EN
logo

2009-cu ilin yanvar-oktyabr aylarında istehlak bazarı haqqında

09.11.2009

2009-cu ilin yanvar-oktyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 8,7 faiz üstələyərək 9,5 milyard manat olmuşdur. Dövriyyənin 15,5 faizi hüquqi şəxslərin, 42,0 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 42,5 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Ticarət şəbəkələrindən əhaliyə 6,2 milyard manatlıq ərzaq, 3,3 milyard manatlıq qeyri-ərzaq malları satılmış və 2008-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə onların satışı uyğun olaraq 10,6 və 4,3 faiz artmışdır. Ön ay ərzində əhaliyə 3,2 milyard manatlıq və ya 12,6 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 28,1 faizi dövlət, 71,9 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus xidmət şəbəkələri vasitəsi ilə həyata keçirilmişdir. Pullu xidmətlərin ümumi həcminin 80,0 faizi hüquqi, 20,0 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 12,9 və 11,3 faiz çox pullu xidmətlər göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim