AZ    EN
logo

2009-cu ilin yanvar-sentyabr aylarında sənayenin işi haqqında

20.10.2009

İqtisadiyyatın sənaye bölməsində fəaliyyət göstərən sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 2009-cu ilin doqquz ayı ərzində məhsul istehsalı 5.0 faiz artmış, məhsulun 74.6 faizi mədənçıxarma, 19.9 faizi emal və 5.5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrində istehsal edilmişdir. Sənaye malları ümumi istehsalın 92.5 faizini, xidmətlər isə 7.5 faizini təşkil edir. Özəl bölmə sənayedə üstünlüyə malik olmaqla, bütün sənaye istehsalının beşdə dörd hissəsini təmin etmişdir. İstehsal olunmuş sənaye məhsulunun tam əksəriyyəti istehlakçılara göndərilmiş, müəssisələrin anbarlarında 228.2 milyon manatlıq hazır məhsul ehtiyatı qalmışdır. Sənayenin əsas məhsullarından olan xam neftin hasilatı 37.8 milyon tona, əmtəəlik təbii qaz hasilatı isə 12.2 milyard kub metrə çataraq müvafiq olaraq 8.5 və 3.7 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim