AZ    EN
logo

2009-cu ilin yanvar-iyun aylarında nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

13.08.2009

2009-cu ilin birinci yarsında nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 69,7 min nəfər təşkil etmişdir. Onların 83,2 faizi dövlət müəssisələrində, 16,8 faizi özəl bölmədə çalışır. İşçilərin 60,4 faizi quru yol, 13,5 faizi su, 12,5 faizi hava nəqliyyatı və 13,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. Nəqliyyatçıların orta aylıq əmək haqqı 27,7 faiz artaraq 360,6 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 728,8 manat, dəniz nəqliyyatında 509,3 manat, avtomobil nəqliyyatında 336,9 manat, dəmir yolu nəqliyyatında isə 190,8 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 0,8 faiz, dəniz nəqliyyatında 17,8 faiz, avtomobil nəqliyyatında 19,3 faiz, dəmir yolu nəqliyyatında 19,1 faiz səviyyəsində olmuşdur. Rabitə müəssisələrində işləyənlərin sayı 2,0 faiz çoxalaraq 23,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 16,9 faiz artaraq 439,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 4,3 dəfə yüksək olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim