AZ    EN
logo

2009-cu ilin yanvar ayında istehlak bazarı haqqında

10.02.2009

2009-cu ilin yanvar ayında ticarət şəbəkəsindən əhaliyə 939,5 milyon manatlıq və ya 2008-ci ilin yanvar ayındakından 10,3 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 620,9 milyon manatını ərzaq, 318,6 milyon manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 10,4 və 11,2 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,4 faizi hüquqi şəxslərin, 43,8 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,8 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Ay ərzində əhaliyə 310,1 milyon manatlıq və ya 20,1 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 81,4 faizi hüquqi, 18,6 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 24,4 və 4,3 faiz çox pullu xidmət göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim