AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

19.01.2009

2008-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası 139 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 53.5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 47.0 milyard dollarını (87.9 faizini) ölkədən ixrac olunmuş mallar, 6.5 milyard dollarını (12.1 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 40.5 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2007-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5.1 dəfə, o cümlədən ixrac 8.6 dəfə, idxal 29.7 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 53.3 faizi Avropa Birliyi, 6.9 faizi MDB ölkələri ilə, 39.8 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 59.5 faizi Avropa, 25.1 faizi Asiya, 14.9 faizi Amerika, 0.5 faizi Afrika qitəsi ölkələrinin, 0.02 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.1 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, İndoneziya , Türkiyə, Birləşmiş Krallıq və Çili dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim