AZ    EN
logo

Milli hesablar sistemi məsələlərinə həsr olunmuş müşavirə

15.12.2008

2008-ci ilin 3-5 dekabrında, Moskva şəhərində MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən MDB üzvü dövlətlərinin statistika orqanları mütəxəssisləri üçün təşkil olunmuş və milli hesablar sistemi məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Komitənin Milli hesablar statistikası şöbəsinin müdiri Nuru Süleymanov iştirak etmişlər. Son illər dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bunlar istehsal prosesində informasiya və kommunikasiya texnologiyalarının artan rolu, qeyri-maddi aktiv və xidmətlərin əhəmiyyətinin artması, milli iqtisadi sistemlərin qloballaşması və sosial islahatlarla bağlıdır. Bu dəyişikliklər statistik məlumatların formalaşmasına düzəlişlərin edilməsini, təsnifatlara, nəzəri konsepsiyalara yenidən baxılmasını tələb edir. Bu məqsədlə BMT-nin Statistik Komissiyası, Dünya Bankı, BVF və digər beynəlxalq təşkilatlar yeni Milli Hesablar Sistemi (MHS) - 2008 sənədini hazırlamışlar. Müşavirədə MHS-2008-in əsas müddəaları müzakirə edilərək qeyd edilmişdir ki, hər bir dövlət milli iqtisadiyyatının xüsusiyyətlərini nəzərə almaqla, MHS-2008-in statistika praktikasına tətbiqi üçün prioritetləri və zəruri şərtləri müəyyən etməli və mərhələlərlə onun həyata keçirilməsinə nail olmalıdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim