AZ    EN
logo

2008-ci ilin yanvar-noyabr aylarında istehlak bazarı haqqında

10.12.2008

2008-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 15,6 faiz üstələyərək 9,6 milyard manat olmuşdur. Dövriyyənin 16,2 faizi hüquqi şəxslərin, 43,9 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 39,9 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Ticarət şəbəkələrindən əhaliyə 6,2 milyard manatlıq ərzaq, 3,4 milyard manatlıq qeyri-ərzaq malları satılmış və 2007-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə müvafiq olaraq 10,0 və 30,3 faiz artmışdır. On bir ay ərzində əhaliyə 3,0 milyard manatlıq və ya 29,6 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 79,8 faizi hüquqi, 20,2 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,7 və 7,5 faiz çox pullu xidmət göstərilmişdir. Hesabat dövründə ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1494,5 manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 442,5 manatlıq çox müxtəlif istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim