AZ    EN
logo

Kvota üzrə balıq ovu haqqında

18.08.2008

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 „–-li qərarı ilə təsdiq edilmiş balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq 2008-ci ilin birinci yarısında 61 hüquqi və fiziki şəxs tərəfindən balıq ovuna verilmiş 3519 ton kvotaya qarşı 799 ton balıq ovlanmışdır. Ovlanmış balığın 30 tonu nərəkimilərin, 25 tonu kütüm balıqlarının, 558 tonu kilkə balıqlarının, qalanları isə xəşəm, kefal, dabanbalığı, çəki, sıf və digər balıq növlərinin payına düşür. Verilmiş kvota üzrə ödənilmiş məbləğin həcmi 53 min manat olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim