AZ    EN
logo

2008-ci ilin yanvar-iyul aylarında sənayenin inkişafı haqqında

15.08.2008

2008-ci ilin yanvar-iyul aylarında sənaye məhsulunun və xidmətlərinin həcmi 14.1 faiz artmış və 18.6 milyard manat təşkil etmişdir. Sənayenin artımı neftin hasilatında 14.8 faiz, qazın hasilatında 68.6 faiz, qida məhsullarının istehsalında 1.1 faiz, kimya sənayesində 57.8 faiz, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 38.0 faiz, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 72.9 faiz, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 1.4 faiz, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalında 18.7 faiz və s. sahələrdə müşahidə olunmuşdur. Yeddi ay ərzində ölkədə 28.8 milyon ton neft, 9.1 milyard kub metr əmtəəlik qaz hasil edilmiş, 2007-ci ilin yanvar-iyul aylarına nisbətən neft sektorunda istehsalın həcmi 15.1 faiz, qeyri-neft sektorunda isə 8.3 faiz çox olmuşdur. İstehsalın 95.0 faizi malların, 5.0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, sənaye məhsulunun 17.9 faizi dövlət müəssisələrində, 82.1 faizi isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 4.6 və 16.4 faiz çoxalmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim