AZ    EN
logo

2008-ci ilin yanvar-iyun aylarında nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

13.08.2008

Birinci yarımildə nəqliyyat müəssisələrində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3069 nəfər artaraq 70105 nəfər təşkil etmişdir. Onların 83,5 faizi dövlət müəssisələrində, 16,5 faizi özəl bölmədə çalışır. İşçilərin 63,8 faizi quru yol, 13,4 faizi su, 6,5 faizi hava nəqliyyatı və 16,3 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə çalışmışdır. İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz artaraq 287,6 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 722,7 manat, dəniz nəqliyyatında 432,4 manat, avtomobil nəqliyyatında 496,2 manat, dəmir yolu nəqliyyatında isə 160,2 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 48,5 faiz, dəniz nəqliyyatında 21,1 faiz, dəmir yolu nəqliyyatında 26,0 faiz səviyyəsində olmuşdur. Rabitə müəssisələrində işləyənlərin sayı 4,5 faiz çoxalaraq 22672 nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 27,3 faiz artaraq 377,5 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 4,9 dəfə yüksək olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim