AZ    EN
logo

2008-ci ilin yanvar-iyun aylarında birjaların fəaliyyəti haqqında

04.08.2008

2008-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 185 hərracda 5255.9 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunmuşdur. Dövriyyənin ümumi həcmi 2007-ci ilin müvafiq dövrünə nisbətən 2.5 dəfə artmışdır. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Fond və Bakı Banklararası valyuta birjaları xüsusi yer tutur. 2007-ci ilin birinci yarısı ilə müqayisədə Bakı fond birjasında dövriyyənin həcmi 2.7 dəfə artaraq, 4040.8 milyon manat təşkil etmişdir. Bakı Banklararası valyuta birjasında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən dövriyyənin həcmi 2.1 dəfə artaraq, 1214.9 milyon manatlıq valyuta satılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim