AZ    EN
logo

İdxal-ixrac əməliyyatları haqqında

03.07.2008

2008-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikası 124 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 17 milyard 331.7 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 14 milyard 869.3 milyon dollarını (85.8 faizini) ölkədən ixrac olunmuş mallar, 2 milyard 462.4 milyon dollarını (14.2 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 12 milyard 406.9 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4.5 dəfə, o cümlədən ixrac 8.0 dəfə, idxal 22.6 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 53.8 faizi Avropa Birliyi, 8.2 faizi MDB ölkələri ilə, 38.0 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 60.8 faizi Avropa, 27.2 faizi Asiya, 10.9 faizi Amerika, 1.0 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80.9 faizi) İtaliya, İsrail, Amerika Birləşmiş Ştatları, Hindistan, Fransa, Türkiyə, Rusiya, Birləşmiş Krallıq, Çin, Xorvatiya və Niderlandla aparılmışdır

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim