AZ    EN
logo

2024-cü ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında

13.03.2024, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 11,2 faiz artmışdır.

Sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,0 faiz artmışdır.

Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 75,9 faiz, əczaçılıq məhsullarının istehsalı 51,0 faiz, mebel istehsalı 37,9 faiz, geyim istehsalı 37,1 faiz, tikinti materiallarının istehsalı 35,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 34,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz, içkilərin istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,4 faiz, elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 16,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 6,7 faiz, neft məhsullarının istehsalı 6,6 faiz, qida məhsullarının istehsalı 3,9 faiz, kağız və karton istehsalı 1,8 faiz artmış, tütün məmulatlarının istehsalı 0,6 faiz, hazır metal məmulatlarının istehsalı 2,4 faiz, poliqrafiya məhsullarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 15,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,1 faiz, sair sənaye məhsullarının istehsalı 47,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,4 faiz azalmışdır.  

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7 faiz artmışdır.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim