AZ    EN
logo
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22169,2 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyul aylarında ölkədə ÜDM istehsalı 4,5 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 1002,8 manat təşkil etmişdir.2024-cü ilin yanvar-may aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1003,3 manat olmuşdur.2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında ölkədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18225,4 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 101,1 faiz təşkil etmişdir.2024-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olmuşdur.2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2024-cü ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 985,3 manat olmuşdur.

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

05.02.2024, 12:00

2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər olmuş, onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-08)

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim