AZ    EN
logo

Ailə kəndli təsərrüfatlarının bələdiyyələrdə uçota alınması barədə

15.05.2008

"Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə yerli bələdiyyə orqanları tərəfindən müəyyən işlər görülür. Bununla əlaqədar ailə kəndli təsərrüfatı üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin verilməsi məqsədilə kənd bələdiyyə orqanları tərəfindən 2008-ci ilin yanvar-mart aylarında 343 ailə kəndli təsərrüfatı və onların 1359 ailə üzvü bələdiyyədə qeydiyyata alınmışdır. Ümumilikdə, son iki il və cari ilin ilk üç ayı ərzində 7372 ailə kəndli təsərrüfatı və onların 30969 ailə üzvü qeydiyyatdan keçmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim