AZ    EN
logo

2008-ci ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı haqqında

13.05.2008

2008-cı ilin yanvar-aprel aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 15.0 faiz və yaxud müqayisəli qiymətlərlə 1.1 milyard manat artaraq 11.2 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 1310.6 manat (1560.4 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17.2 faiz, qeyri-neft sektorunda isə 11.5 faiz artmışdır. ÜDM-in 74.1 faizi istehsal sahələrində, o cümlədən 66.6 faizi sənayedə, 6.2 faizi tikintidə 1.3 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 18.4 faizi isə xidmət sahələrində yaradılmışdır. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 20.6 faizi nəqliyyat, 8.5 faizi poçt və rabitə, 29.6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər, 4.3 faizi mehmanxana və restoranlarda xidmət, 37.0 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 7.5 faizini təşkil etmşdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim