AZ    EN
logo

Payızlıq taxılın biçininə hazırlığın vəziyyəti haqqında

13.05.2008

Respublikada payızlıq taxılın biçininə bir aydan da az vaxt qalır. İlkin məlumatlara görə cari ildə 818,2 min hektar payızlıq taxıl sahəsinin, o cümlədən 601,5 min hektar buğda, 216,8 min hektar arpa sahəsinin məhsulunun toplanılması gözlənilir. Bununla əlaqədar olaraq təsərrüfatların özündə, eləcə də "Aqroservis" müəssisələrində payızlıq taxılın biçininə hazırlıq görülür, yığım texnikası təmir edilərək saz vəziyyətə gətirilir. Yetişdirilən məhsulun vaxtında və itkisiz yığılması mövcud texnikanın səmərəli istifadə olunmasından çox asılıdır. Hazırda təsərrüfatların sərəncamında 2700 ədəddən çox taxılyığan kombayn mövcuddur ki, bunların da 89-u "Aqroservis" müəssisələrində olan, 1422 ədədi isə Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2004-cü il 23 oktyabr tarixli Sərəncamına uyğun olaraq 2005-2007-ci illərdə və 2008-ci ilin birinci rübündə "Aqrolizinq" xətti ilə taxılçılıq təsərrüfatlarına satılmış və verilmiş kombaynlardır. Cari il aprel ayının 1-i vəziyyətinə təsərrüfatlara satmaq və vermək üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində 73 ədəd taxılyığan kombayn qalır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim