AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Dövlət Statistika Komitəsində 8 Noyabr-Zəfər Gününə həsr olunan tədbir keçirilib

07.11.2023, 13:01

Noyabrın 7-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən iştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıblar. Bildiriblər ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə diqqət çəkərək Prezident İlham Əliyevin yürütdüyü uğurlu Böyük Qayıdış proqramı nəticəsində öz evlərini tərk etmiş, doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki ata-baba yurdlarına qayıdışının önəmini də nəzərə çatdırıblar.

Eyni zamanda 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın apardığı lokal antiterror tədbirləri nəticəsində suverenliyini də tam bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdığı, 2023-cü ilin oktyabrın 15-nin daha bir şərəfli gün kimi tarixə düşdüyü, Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı, nəticədə, İkinci Qarabağ müharibəsinin son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycanın tarixinə yazıldığı qeyd olunub.

Sonra 8 Noyabr-Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib və Dövlət Statistika Komitəsində çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr verilib.

Daha sonra “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 iyun tarixli 3938 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunma mərasimi keçirilmişdir. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov dövlət qulluqçularını yüksək dövlət təltifi münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim