AZ    EN
logo

2023-cü ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında

11.10.2023, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 50,2 milyard manatlıq və ya  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artmışdır.

Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,4 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,6 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 60,2 faiz, poliqrafiya məhsullarının istehsalı 32,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,2 faiz, tikinti materiallarının istehsalı 27,7 faiz, içkilərin istehsalı 25,7 faiz, kağız və karton istehsalı 24,1 faiz, maşın və avadanlıqların istehsalı 21,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 19,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,6 faiz, hazır metal məmulatlarının istehsalı 13,7 faiz, neft məhsullarının istehsalı 11,5 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,0 faiz, mebel istehsalı 8,0 faiz, tütün məmulatlarının istehsalı 4,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,9 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,6 faiz, geyim istehsalı 16,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 21,1 faiz, sair sənaye məhsullarının istehsalı 23,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 25,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 28,9 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,4 faiz artmışdır.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim