AZ    EN
logo

Meşə bərpa tədbirlərinin aparılması barədə

05.05.2008

Respublikada meşə bərpa tədbirlərinin aparılması işi davam etdirilir. Cari ilin yanvar-mart aylarında 986 hektar sahədə yeni meşə salınmışdır ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz və ya 128 hektar çoxdur. 2008-ci ilin ilk üç ayında 3340 kq ağac və kol cinslərinin toxumları tədarük edilmişdir. Tədarük edilmiş toxumların 86,9 faizi enliyarpaqlı ağacların toxumlarıdır. Böyütmə sahələrində də işlər davam etdirilmişdir. Hesabat dövründə 10 hektar sahədə 528 min ədəd toxmacar əkilmişdir. Dövlət əhəmiyyətli torpaqlarda birdəfəlik hesabı ilə 4946 hektar meşə əkini və səpinləri suvarılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim