AZ    EN
logo

İdxal-ixrac əməliyyatları haqqında

30.04.2008

2008-ci ilin birinci rübündə Azərbaycan Respublikası 114 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 2.9 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 1.5 milyard dollarını (53.3 faizini) ölkədən ixrac olunmuş mallar, 1.4 milyard dollarını (46.7 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 191.8 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 40.9 faiz, o cümlədən ixrac 1.7 dəfə, idxal 19.0 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 26.1 faizi MDB, 24.1 faizi Avropa Birliyi ölkələri ilə, 49.8 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 43.5 faizi Avropa, 39.6 faizi Asiya, 15.6 faizi Amerika, 1.1 faizi Afrika qitəsi ölkələrinin, 0.2 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.0 faizi) Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, İsrail, Ukrayna, Hindistan, İran, İtaliya, Almaniya, Çili, Qazaxıstan, Gürcüstan, Çin, Yunanıstan, Birləşmiş Krallıq və Rumıniya dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim