AZ    EN
logo

2023-cü ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında

10.08.2023, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında 39,8 milyard manatlıq və ya  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artmışdır.

Sənaye məhsulunun 69,1 faizi mədənçıxarma sektorunda, 25,7 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 3,3 faiz artmışdır.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 43,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 faiz, poliqrafiya məhsullarının istehsalı 34,3 faiz, kağız və karton istehsalı 31,8 faiz, içkilərin istehsalı 26,0 faiz, tikinti materiallarının istehsalı 24,1 faiz, maşın və avadanlıqların istehsalı 20,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5 faiz, hazır metal məmulatlarının istehsalı 19,1 faiz, neft məhsullarının istehsalı 15,9 faiz, qida məhsullarının istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 10,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,6 faiz, mebel istehsalı 2,5 faiz artmış, elektrik avadanlıqlarının istehsalı 0,2 faiz, əczaçılıq məhsullarının istehsalı 13,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,1 faiz, geyim istehsalı 23,4 faiz, sair sənaye məhsullarının istehsalı 29,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 31,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,7 faiz artmışdır.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim