AZ    EN
logo

2008-ci ilin yanvar-mart aylarında birjaların fəaliyyəti haqqında

21.04.2008

2008-ci ilin birinci rübündə ölkədə fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 104 hərracda 2654.1 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunmuş və dövriyyənin ümumi həcmi 2007-ci ilin müvafiq dövrünə nisbətən 3.3 dəfə artmışdır. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Banklararası valyuta və Bakı Fond birjaları xüsusi yer tutur. Bakı Banklararası valyuta birjasında əvvəlki ilin müvafiq dövrünə nisbətən dövriyyənin həcmi 2.1 dəfə artaraq, 249.0 milyon manatlıq ABŞ dolları, 5.1 min manatlıq avro satılmışdır. Bakı fond birjasında isə dövriyyənin həcmi 3.9 dəfə artaraq, 2112.9 milyon manatlıq qiymətli kağızlar satılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim