AZ    EN
logo

Turizmin mövcud vəziyyəti haqqında

17.07.2023, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32,9 faizi Rusiya Federasiyası, 19,2 faizi Türkiyə, 7,7 faizi İran, 5,2 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Belarus və Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,1 dəfə, Belarusdan - 2,3 dəfə, Özbəkistandan - 2,2 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, İsraildən - 1,6 dəfə, ABŞ-dan - 44,2 faiz, Küveytdən - 37,2 faiz, Gürcüstandan - 35,5 faiz, Böyük Britaniyadan - 34,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,7 faiz, Pakistandan - 16,1 faiz, Türkiyədən - 15,9 faiz artmış, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 faiz, İrandan - 14,9 faiz, Omandan - 9,9 faiz, Ukraynadan - 6,2 faiz azalmışdır. 

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,3 faiz artaraq 791,7 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 34,5 faiz artmış, İrana gedənlərin sayı 31,0 faiz, Türkiyəyə gedənlərin sayı 1,9 faiz azalmışdır. Ölkə vətəndaşlarının 40,2 faizi Türkiyəyə, 23,9 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 18,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil etmişdir.

2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,3 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-22)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim