AZ    EN
logo

2008-ci ilin birinci rübündə yeni yaradılmış hüquqi və fiziki şəxslər haqqında

14.04.2008

2008-ci ilin yanvar-mart aylarında qeydiyyata alınmış 2006 hüquqi şəxsin 59-u dövlət mülkiyyətinə, 1808-i xüsusi mülkiyyətə mənsubdur. Onların 96-sı tam xarici investisiyalı, 40-ı birgə müəssisələrə, 3-ü isə bələdiyyələrə aiddir. Yeni müəssisələrin 59.1 faizi Bakıda, 14.6 faizi Aran, 6.7 faizi Abşeron, 5.3 faizi Gəncə-Qazax, hər birində 3.4 faiz olmaqla Lənkəran və Şəki-Zaqatala iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılmışdır. Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, cari ilin birinci rübündə 9825 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakı, Aran, Gəncə-Qazax, Abşeron, Şəki-Zaqatala, Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınmışlar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim