AZ    EN
logo

2008-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı haqqında

11.04.2008

2008-ci ilin birinci rübü ərzində ölkədə 8.2 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun həcmi isə keçən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 13.8 faiz və ya 727,4 milyon manat artmışdır. İstehsal sahələrinin ümumi daxili məhsulda xüsusi çəkisi keçən ilki 67.8 faizdən 73.4 faizədək yüksəlmiş, xidmət sahələrinin payı isə müvafiq olaraq 25.1 faizdən 19.3 faizə enmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7.3 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun 66.4 faizi sənaye, 1.3 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı, 5.7 faizi tikinti, 3.8 faizi nəqliyyat, 1.9 faizi poçt və rabitə, 6.0 faizi topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0.7 faizi mehmanxana və restoran xidmətləri, 6.9 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlər tərəfindən yaradılmış əlavə dəyərin payına düşmüşdür. Cari ilin ilk rübündə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 12.5 faiz artaraq 963.4 manat və ya 1142.7 ABŞ dolları təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim