AZ    EN
logo

2008-ci ilin yanvar-mart aylarında istehlak bazarı haqqında

09.04.2008

2008-ci ilin yanvar-mart aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 14,8 faiz üstələyərək 2 milyard 347,8 milyon manat olmuşdur. Dövriyyənin 15,7 faizi hüquqi şəxslərin, 45,7 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 38,6 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 1 milyard 528,6 milyon manatlıq ərzaq, 819,2 milyon manatlıq qeyri-ərzaq malları satılmış və 2007-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 11,1 və 24,3 faiz artmışdır. Üç ay ərzində əhaliyə 666,9 milyon manatlıq və ya 29,5 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 78,7 faizi hüquqi, 21,3 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,2 və 9,5 faiz çox xidmət göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim