AZ    EN
logo

İdxal-ixrac əməliyyatları haqqında

04.04.2008

2008-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası 107 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 2 milyard 132.1 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 1 milyard 197.8 milyon dollarını (56.2 faizini) ölkədən ixrac olunmuş mallar, 934.3 milyon dollarını (43.8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 263.5 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin iki ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 60.3 faiz, o cümlədən ixrac 2.2 dəfə, idxal 19.8 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 21.9 faizi Avropa Birliyi, 25.3 faizi MDB ölkələri ilə, 52.8 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 41.6 faizi Avropa, 38.0 faizi Asiya, 20.0 faizi Amerika, 0.3 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82.2 faizi) Amerika Birləşmiş Ştatları, Rusiya, İsrail, Türkiyə, Ukrayna, Hindistan, İtaliya, Çili, İran, Rumıniya, Almaniya, Qazaxıstan, Birləşmiş Krallıq, Gürcüstan və Çin dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim