AZ    EN
logo

2008-ci ilin yanvar-fevral aylarında sənayenin inkişafı haqqında

19.03.2008

Yanvar-fevral aylarında ölkədə 4.1 milyard manatlıq və ya 2007-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 13.3 faiz çox sənaye məhsulu (xidmətləri) istehsal olunmuşdur. Qeyri-neft sektorunda artım neft sektoruna nisbətən daha çox olmuş, iki ay ərzində məhsul istehsalı və xidmətlərin göstərilməsi 15.6 faiz artmışdır. İstehsalın artımı neftin hasilatında 12.1 faiz, qazın hasilatında 2.0 dəfə, maşın və avadanlıqların istehsalında 27.5 faiz, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 52.8 faiz, qida məhsullarının istehsalında 12.0 faiz, kimya sənayesində 2.6 dəfə, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 52.0 faiz və s. sahələrdə müşahidə olunmuşdur. İstehsalın 93.0 faizi malların, 7.0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, sənaye məhsulunun 20.4 faizi dövlət müəssisələrində, 79.6 faizi isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 4.8 və 15.7 faiz çoxalmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim