AZ    EN
logo

İdxal-ixrac əməliyyatları haqqında

04.03.2008

2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası 96 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 1 milyard 119.8 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 626.2 milyon dollarını (55.9 faizini) ölkədən ixrac olunmuş mallar, 493.6 milyon dollarını (44.1 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 132.6 milyon dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 18.9 faizi Avropa Birliyi, 27.3 faizi MDB ölkələri ilə, 53.8 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 43.5 faizi Avropa, 30.2 faizi Asiya, 25.7 faizi Amerika, 0.5 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82.0 faizi) Amerika Birləşmiş Ştatları, Rusiya, İsrail, Çili, Ukrayna, Türkiyə, Almaniya, Fransa, İran, İtaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Çin və Gürcüstan dövlətlərinin hesabına formalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim