AZ    EN
logo

2007-ci ildə nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

14.02.2008

2007-ci ildə nəqliyyat müəssisələrində muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 1326 nəfər artaraq 67752 nəfər təşkil etmişdir. Onların 84,0 faizi dövlət müəssisələrində, 16,0 faizi özəl bölmədə çalışır. İşçilərin 64,1 faizi quru yol, 13,5 faizi su, 6,0 faizi hava nəqliyyatı və 16,4 faizi köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə çalışmışdır. İşçilərin orta aylıq əmək haqqı 2006-cı ilə nisbətən 33,5 faiz artaraq 234,7 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 575,9 manat, dəniz nəqliyyatında 362,5 manat, avtomobil nəqliyyatında 240,3 manat, dəmir yolu nəqliyyatında isə 133,9 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 44,4 faiz, dəniz nəqliyyatında 37,6 faiz, dəmir yolu nəqliyyatında 29,6 faiz səviyyəsində olmuşdur. 2007-ci ildə rabitə müəssisələrində işləyənlərin sayı 5,1 faiz çoxalaraq 21917 nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 34,1 faiz artaraq 295,9 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin əmək haqqı dövlət bölməsinə nisbətən 4,6 dəfə yüksək olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim