AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqovla Koreya Statistika Komitəsinin nümayəndələri arasında görüş keçirilib

16.11.2022, 14:00

Noyabrın 16-da Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Koreya Statistika Komitəsinin (KOSTAT) nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər, o cümlədən Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən növbəti “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində 2022-ci ildə görülən işlər haqqında danışılmış, “İnzibati Məlumatların İdarə Olunması Sistemi – ADİS” informasiya sisteminin hazırlanaraq istifadəyə verilməsinin mühüm əhəmiyyəti vurğulanmış, gələcəkdə iki tərəf arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Rəsmi statistika sahəsində son illər Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Komitə sədri Tahir Budaqov qeyd edib ki, statistik məlumatların istehsalı prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqində daha üstün təcrübəyə malik Koreya Statistika Komitəsi ilə əməkdaşlıq Dövlət Statistika Komitəsi üçün yeni imkanlar yaratmışdır. Eyni zamanda KOSTAT-ın Planlaşdırma və əlaqələndirmə üzrə baş direktoru cənab Hyangwoo Jeong Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-ci ildən qurulmuş ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, ötən dövrdə həyata keçirilmiş layihələrin vaxtında və keyfiyyətlə icra olunmasından məmnunluğunu ifadə etmiş, yeni layihə təklifləri haqqında fikirlərini bildirmişdir.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim