AZ    EN
logo

2007-ci ildə istehlak bazarı haqqında

11.01.2008

Ötən ildə ölkə iqtisadiyyatının bütün sahələri kimi, ticarət və xidmət sektoru da dinamik inkişaf etmişdir. İl ərzində Azərbaycanda 250 mindən çox hüquqi və fiziki şəxs ticarət və xidmət fəaliyyəti göstərmişdir. Ticarət və xidmət şəbəkələrinin genişlənməsi nəticəsində 2007-ci ildə ticarət və xidmət göstəriciləri 2006-cı il ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2007-ci ildə ticarət şəbəkəsindən əhaliyə 7,6 milyard manatlıq və ya 2006-cı ildəkindən 15,3 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 4,9 milyard manatını ərzaq, 2,7 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı 2006-cı il ilə müqayisədə müvafiq olaraq 13,1 və 20,0 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16,2 faizi hüquqi şəxslərin, 47,1 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 36,7 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hesabına formalaşmışdır. Hesabat dövründə əhaliyə 2 milyard 348,3 milyon manatlıq və ya 33,8 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 76,1 faizi hüquqi, 23,9 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,4 və 26,2 faiz çox pullu xidmət göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim