AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Cenevrədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir

21.06.2022, 22:48

20-22 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 70-ci plenar sessiyası keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Konfrans “Rəsmi statistikanın əsas prinsipləri”nin BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən qəbul olunmasının 30 illiyinə həsr olunmuş xüsusi plenar sessiya ilə işinə başlamışdır.

Milli statistika idarələrinin rəhbərləri ilə yanaşı beynəlxalq təşkilatların statistika bölmələrinin rəhbərləri və ekspertlərinin də iştirak etdiyi sessiyalarda rəsmi statistikanın dəyərlərinin BMT-nin əsas prinsiplərilə uyğunlaşdırılması, uşaqlar və gənclərlə bağlı, məşğulluq formaları üzrə, miqrasiya və transsərhəd hərəkətliliyinin ölçülməsi üçün yeni məlumat mənbələrindən istifadəyə dair, Covid-19 pandemiyasının qadınlara və kişilərə təsirinin ölçülməsinə dair təlimatlar, İqtisadi Fəaliyyət Növləri Təsnifatı, Avropa Statistikləri Konfransı, onun Bürosu və mütəxəssislər qrupunun, eləcə də Avropa və Mərkəzi Asiya üçün məlumat və statistika üzrə regional əlaqələndirmə qrupunun işi haqqında hesabatlar, BMT-nin Statistika Komissiyasının 53-cü sessiyasından irəli gələn vəzifələr, geoməkan və rəsmi statistika sahəsində strateji istiqamətlər, özəl məlumat təchizatçıları ilə əməkdaşlıq və 2023-cü il üçün plenar sessiya çərçivəsində keçiriləcək seminarın mövzularını əhatə edən məsələlər müzakirə olunur. 

Konfransda geoməkan məlumatlarından statistik məlumatların istehsalında istifadə, BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən statistikanın müxtəlif sahələri, xüsusilə yoxsulluq səviyyəsinin ölçülməsi ilə bağlı həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsi, Avropa Statistikləri Konfransı tərəfindən yaradılmış Yüksək Səviyyəli Qrupun rəsmi statistikanın təkmilləşdirilməsi sahəsində əldə etdiyi nəticələrin müzakirəsi və qiymətləndirilməsi, özəl məlumat təchizatçıları ilə əməkdaşlıq və digər məsələlər də müzakirə olunacaqdır.

Sonda Avropa Statistikləri Konfransının yekun hesabatı qəbul edilərək növbəti dövr üçün Konfransın Büro üzvləri seçiləcək.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim