AZ    EN
logo

Üzümün istehsalı və emalı haqqında

10.12.2007

Ölkənin kənd təsərrüfatının mühüm sahələrindən biri olan üzümçülükdə son illər istehsalın artımı müşahidə edilir. 2007-ci il dekabrın 1-i vəziyyətinə üzüm bağlarından 102.1 min ton və ya keçən ilin müvafiq dövründəkindən 9.7 min ton çox (10.5 faiz) məhsul toplanmışdır. Naxçıvan Muxtar Respublikasında 13.7 min ton, Şəmkir rayonunda 20.5, Xaçmazda 4.6, Ağstafada 4.5, Salyanda 4.4, Kürdəmirdə 4.2, Şamaxıda 3.4 və Şəkidə 3.3 min ton üzüm istehsal edilməklə məhsulun həcminə görə digər rayonlardan müsbət mənada fərqlənmişlər. Azərbaycan Respublikası Prezidentinin "Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləş-dirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2005-ci il 30 avqust tarixli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə mövsüm ərzində sənaye emalına 10.8 min ton üzüm verilmişdir. Emala verilən üzümün miqdarı Göyçay rayonunda 5.4 min ton, Kürdəmirdə 1.9 min ton, Xaçmazda 1.5 min ton, Xanlarda 985 ton, Şəmkirdə 400 ton olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim