AZ    EN
logo

Əmtəə dövriyyəsi və pullu xidmət haqqında

10.12.2007

2007-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 15,2 faiz üstələyərək 6,7 milyard manat olmuşdur. Dövriyyənin 16,3 faizi hüquqi şəxslərin, 47,4 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 36,3 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 4367,2 milyon manatlıq ərzaq, 2359,1 milyon manatlıq qeyri-ərzaq malları satılmış və 2006-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə müvafiq olaraq 13,4 və 19,0 faiz artmışdır. On bir ay ərzində əhaliyə 2,1 milyard manatlıq və ya 33,4 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 75,7 faizi hüquqi, 24,3 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 35,3 və 27,8 faiz çox xidmət göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim