AZ    EN
logo

Ölkə iqtisadiyyatında çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə

26.11.2007

2007-ci ilin 9 ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1363,0 min nəfər olmuş, onların 875,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində və 487,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 22,6 faizi istehsal sahələrində - 14,3 faizi sənayedə, 5,0 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşlar. Xidmət sahəsində işləyən muzdlu işçilərin 24,5 faizi təhsildə, 19,5 faizi topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmirində, 9,9 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,6 faizi nəqliyyat, anbar təsərrüfatı və rabitədə, 5,9 faizi digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsində, 4,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsində, 3,8 faizi dövlət idarəetməsi və müdafiə sahəsində, 2,4 faizi isə digər sahələrdə cəmlənmişdir. Cari ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 186,8 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,9 faiz artmışdır. Digər sahələrə nisbətən mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə orta aylıq əmək haqqı çox olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim