AZ    EN
logo

2007-ci ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı haqqında

19.11.2007

2007-ci ilin on ayı ərzində istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrünə nisbətən 26.8 faiz və yaxud müqayisəli qiymətlərlə 3.8 milyard manat artaraq 18.7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 2217.0 manat (2577.1 ABŞ dolları) təşkil etmişdir. ÜDM-in 71.2 faizi istehsal sahələrində, o cümlədən 59.6 faizi sənayedə, 6.6 faizi tikintidə, 5.0 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 20.7 faizi isə xidmət sahələrində yaradılmışdır. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 5.1 faizi nəqliyyat, 1.7 faizi poçt və rabitə, 5.6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər, 0.9 faizi mehmanxana və restoranlarda xidmət, 7.4 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 8.1 faizini təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim