AZ    EN
logo

2007-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri haqqında

19.11.2007

Cari ilin yanvar-oktyabr ayları ərzində əhalinin adambaşına gəlirləri 2006-cı ilin eyni dövrü ilə müqayisədə 38.3 faiz artaraq 1254.4 manat və ya 1458.1 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 125.4 manat (145.8 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2006-cı ildəkindən 34.7 manat çoxdur. On ay ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 10.6 milyard manatlıq gəlirin 63.0 faizi son istehlak xərclərinə, 11.4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqqı ödənişlərinə sərf edilmiş, 25.6 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 9.4 milyard manatlıq və ya əvvəlki ildəkindən 2.8 milyard manat çox vəsait qalmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim