AZ    EN
logo

2007-ci ilin yanvar-oktyabr aylarında sənayenin inkişafı haqqında

19.11.2007

2007-ci ilin yanvar-oktyabr aylarında ölkə sənayesində 15.6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 26.4 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 71.0 faizi mədənçıxarma, 22.9 faizi emal, 6.1 faizi isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşmüşdür. On ay ərzində 34.5 milyon ton neft, 8.7 milyard kub metr əmtəəlik qaz hasil edilmiş və fərəhləndirici haldır ki, neft hasilatı üzrə bu göstərici ölkə tarixində, qaz hasilatı üzrə isə müstəqilliyimiz illərində ən yüksək göstəricidir. İstehsalın artımı neftin hasilatında 32.6 faiz və emalında 6.4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 46.9 faiz, maşın və avadanlıqların istehsalında 74.0 faiz, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalında 2.6 dəfə, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 13.5 faiz, qida məhsullarının istehsalında 10.0 faiz, tikinti materiallarının istehsalında 25.7 faiz və s. sahələrdə müşahidə olunmuşdur. Sənaye istehsalının 94.0 faizi malların, 6.0 faizi isə xidmətlərin payına düşmüşdür. Sənaye məhsulunun 23.3 faizi dövlət müəssisələrində, 76.7 faizi isə özəl bölmədə istehsal edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim