AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Dövlət Statistika Komitəsi ilə UNICEF arasında “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MİCS) keçirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb

28.02.2022, 18:29

Fevralın 28-də Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MİCS) keçirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Komitə sədri Tahir Budaqov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Dövlət Statistika Komitəsi ilə BMT-nin müvafiq strukturları, o cümlədən UNICEF arasında sıx əməkdaşlıq mövcuddur. Qeyd olunub ki, Çoxgöstəricili Klaster Sorğusunun keçirilməsi “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapmışdır. Bu tədbirin yerinə yetirilməsi aktual, dolğun və müxtəlif əlamətlərə görə dezaqreqasiya olunan yeni məlumatların toplanılmasına, bununla da statistik məlumat bazasının zənginləşdirilməsinə, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə məlumatların əldə olunmasına, məlumatların beynəlxalq müqayisəliliyinin təmin edilməsinə və statistik potensialın gücləndirilməsinə təkan verəcək. MICS-in keçirilməsi ilə ölkəmizdə uşaqlara və qadınlara dair məlumatlar dəstinin tamlığı təmin olunacaq.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens görüşün geniş heyətdə təşkil edildiyinə görə Tahir Budaqova öz dərin təşəkkürünü bildirib və qeyd edib ki, MİCS müayinəsinin aparılması məqsədilə 2021-ci ildən  başlayaraq Dövlət Statistika Komitəsinin nümayəndələri ilə birgə hazırlıq işləri həyata keçirilmişdir. O, Memorandumda nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, sorğunun postkonflikt və postpandemiya dövründə keçirilməsi öz aktuallığını uzun müddət qoruyacaq məlumatların əldə edilməsinə daha yaxşı imkan yaradacaq.

Sonra “2022-ci ildə Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Memorandumu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens imzalayıblar.

Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim