AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Dövlət Statistika Komitəsinin əməkdaşları Finlandiya Statistika İdarəsinin təcrübəsi ilə tanış olublar

28.01.2022, 16:15

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində 2022-ci il 24–28 yanvar tarixlərində Finlandiya Statistika İdarəsində səfərdə olub. Səfər müddətində Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında ikitərəfli əməkdaşlıq məsələləri, layihə çərçivəsində görülmüş işlər, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib, Azərbaycanda biznes statistikasının təkmilləşdirilməsi prosesində Finlandiya təcrübəsinin öyrənilməsi və onun ölkə təcrübəsində tətbiqi imkanları, qarşıda duran vəzifələr müzakirə edilib. Finlandiya Statistika İdarəsinin mütəxəssisləri tərəfindən Finlandiyada struktur biznes statistikası, maliyyə statistikası, sənaye müəssisələri üzrə seçmənin aparılması, statistik istehsal prosesinin təkmilləşdirilməsi yolları, biznes statistikasının təşkili, statistik məlumat mənbələri, kommunikasiya kanalları, rəsmi statistika məqsədləri üçün inzibati məlumat mənbələrinin istifadəsi, statistik vahidlərin reyestrinin aparılması və s. mövzulara dair təqdimatlar edilib. Vergi sahəsində gəlir vergisinin statistikası,  açıq məlumatların istifadəsi, informasiya xidmətinin fəaliyyəti, vergi məlumatlarının rəsmi statistikada  istifadəsi və inteqrasiya məsələləri müzakirə edilib. Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən rəsmi statistikada inzibati məlumat mənbələrinin genişləndirilməsi imkanları, bu sahədə həyata keçirilmiş işlər, struktur biznes statistikası, müşahidə vahidləri, institusional əsaslar, struktur biznes statistikası üçün məlumat mənbələri, müxtəlif mənbələrdən alınan məlumatların keyfiyyətinin və müqayisəliliyinin təmin edilməsi barədə təqdimat edilib, təlim iştirakçıları Finlandiyalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb. Səfərdə Dövlət Statistika Komitəsinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak ediblər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim