AZ    EN
logo

2007-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işi haqqında

09.11.2007

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 34,8 milyon ton yük, 133,6 milyon nəfər sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 57,4 faiz, avtomobil nəqliyyatı 29,8 faiz, dəniz nəqliyyatı 12,8 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 28,9 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 8,0 milyon ton olmuş, dəmir yolunda yük daşınmasının 20,4 faizi, dəniz nəqliyyatında isə 89,1 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir. Daşımalardan 173,2 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox gəlir əldə edilmişdir. Gəlirlərin yaranmasında dəmir yolu nəqliyyatı daha çox - 62,3 faizlik paya malik olmuş, gəlirlərin qalan hissəsi - 19,2 faizi avtomobil, 18,5 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində yaranmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim