AZ    EN
logo

İdxal-ixrac əməliyyatları haqqında

02.11.2007

2007-ci ilin doqquz ayında Azərbaycan Respublikası 132 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 8.2 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 4.3 milyard dollarını və ya 52.5 faizini ölkədən ixrac olunmuş mallar, 3.9 milyard dollarını və ya 47.5 faizini ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 408.5 milyon dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 28.2 faizi Avropa Birliyi, 25.7 faizi MDB ölkələri ilə, 46.1 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 47.4 faizi Avropa, 43.7 faizi Asiya, 8.6 faizi Amerika, 0.2 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80.8 faizi) Türkiyə, Rusiya, İtaliya, İran, Ukrayna, Almaniya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Birləşmiş Krallıq, Fransa, Qazaxıstan, İndoneziya, Yaponiya, Hindistan, Çin, Koreya Respublikası və Braziliyanın hesabına formalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim