AZ    EN
logo

"Azərbaycanda kiçik sahibkarlıq" məcmuəsi haqqında

30.10.2007

Ölkədə sahibkarlıq mühitinin formalaşması və sosial-iqtisadi həyatda mühüm əhəmiyyətə malik kiçik sahibkarlığın dəstəklənməsi, infrastrukturunun formalaşdırılması və onun inkişafı üçün şəraitin yaradılması, informasiya təminatının yüksəldilməsi, müvafiq dövlət proqramlarının hazırlanması üçün statistik məlumatların toplanması və istifadəçilərə çatdırılmasını nəzərə alaraq Dövlət Statistika Komitəsi tərəfindən ilk dəfə olaraq kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini, onların sahəvi və regional quruluşunu əks etdirən, habelə hüquqi şəxslərlə yanaşı kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar - fiziki şəxslərlə bağlı kompleks məlumatları əhatə edən "Azərbaycanda kiçik sahibkarlıq" məcmuəsi nəşr olunmuşdur. Məcmuə Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Məcmuədə 2004-2006-cı illərdə kiçik sahibkarlıq subyektlərinin əsas makro göstəriciləri, onların regionlar və fəaliyyət növləri üzrə sayı, işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu, maliyyə göstəriciləri haqqında, habelə ölkənin regionları üzrə bir sıra məlumatlar əhatə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim