AZ    EN
logo

Azərbaycanda demoqrafik vəziyyət

22.10.2007

2007-ci il oktyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 8603 min nəfər olmuş və cari ilin 9 ayı ərzində 71 min nəfər və yacxud 0,8 faiz artmışdır. Əhalinin ümumi sayından 4434 min nəfəri və ya 51,6 faizi şəhər, 4169 min nəfəri, yaxud 48,4 faizi kənd sakinləridir. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1029 nəfər qadın düşür. Əhalinin orta yaşı 31, doğulanda gözlənilən ömür uzunluğu isə - 72,4 yaş, o cümlədən kişilərdə 69,6, qadınlarda 75,1 təşkil edir. Cari ilin yanvar-sentyabr aylarında ölkədə 112,4 min, təxminən gündə 413 körpə dünyaya gəlmiş və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18 nəfər olmuşdur. Doğulanların ümumi sayından 53,9 faizini oğlanlar, 46,1 faizini qızlar təşkil etmişdir. Körpələrin 1204-ü əkiz, 27-si üçəmdir. Üçəm doğulanların 18-i Bakı şəhərində, 6-sı Gəncə şəhərində, 3-ü isə Ucar rayonunda baş vermişdir. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalsa da, yüksək olaraq qalır və ötən 9 ay ərzində onların xüsusi çəkisi diri doğulanların sayında 11 faiz təşkil etmişdir. Hazırda orta hesabla bir qadına bütün ömrü boyu təcxminən iki doğulmuş uşaq düşür. İlin əvvəlindən ölkədə 41,1 min ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər min nəfərinə hesabı ilə 6,5 ölüm deməkdir. Dünyanın bir çox ölkələrində olduğu kimi, ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, tənəffüs və mədə orqanlarının xəstəliklərindən ibarətdir. Cari ilin əvvəlindən Azərbaycanda 58 min nikah və 6,5 min boşanma qeydə alınmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim